Polis “Xaş-xaş-2021” əməliyyatı keçirdi, həyətində narkotik bitkilər yetişdirən saxlanıldı

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupu məlumat yayıb. Bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Masallı rayonunun Hişkədərə kənd sakini T.Əliyev saxlanılıb.

Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 3 kiloqramdan artıq olan 13 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31