Ərdoğan yanğından zərər çəkmiş bölgələrə gedir

Türkiyə Prezidenti Recep Tayyib Ərdoğan yanğından zərər görmüş bölgələrdə yoxlamalar aparmaq üçün Antalyaya yollanır.

Türkiyə Prezidenti Recep Tayyib Ərdoğan yanğından zərər görmüş bölgələrdə yoxlamalar aparmaq üçün Antalyaya yollanır.

Olaylar.az xəbər verir ki, bu haqda məlumatı "CNN Türk" yayıb.

Məlumata əsasən, bu gün Kahramanmaraşda bir sıra tədbirlərə qatılmalı olan Ərdoğan planlarını təxirə salıb və Antalyaya yola düşüb.

Bildirilir ki, Türkiyə Prezidenti Manavqatda brifinqdə çıxış edəcək, daha sonra isə Marmarisə yollanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31