Danimarkadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına başladı

44 günlük Vətən müharibəsində hər zaman yanımızda olan, bizə hər bir dəstəyi verən qardaşlarımıza yardım etmək növbəsi indi bizdədir.

Türkiyədə baş verən mşə yanğınlarında qardaş ölkəyə dəstək məqsədilə Azərbaycan diaspor təşkilatları da yardım kampaniyasına başlayıblar. Bu barədə məlumatı "OLAYLAR"-a Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi verib. O bildirib ki, bu məqsədlə "Türkiyə acınız acımızdır" adlı yardım kampaniyasına start verilib: "Türkiyədə baş verən yanğınların nəticəsində, Turkiyə iqtisadiyatına, təbiətinə böyük ziyan dəyib. 44 günlük Vətən müharibəsində hər zaman yanımızda olan, bizə hər bir dəstəyi verən qardaşlarımıza yardım etmək növbəsi indi bizdədir. Danimarka Vətən Cəmiyyəti, Türkiyə acınız, acımızdı yardım kampaniyasına başladı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31