Türkiyə ekoloji terrorla mübarizədə meydanda tək buraxıldı

 «Türkiyədə bir neçə gündür ki, davam edən meşə yanğınları təsadüfi və ya təbii amillərlə bağlı deyil. Bu birbaşa qardaş ölkəyə qarşı həyata keçirilən ekoloji terrordur».

"Türkiyədə bir neçə gündür ki, davam edən meşə yanğınları təsadüfi və ya təbii amillərlə bağlı deyil. Bu birbaşa qardaş ölkəyə qarşı həyata keçirilən ekoloji terrordur".

"OLAYLAR" xəbər verir ki, bu fikirlər "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin bəyanatında yer alıb. İctimai Birlik hesab edir ki, Türkiyənin haqlı olaraq Yaxın Şərqdə, Cənubi Qafqazda qalıcı sülh və sabitlik üçün apardığı mübarizə, həmin regionlarda mövcud olması bəzi güc mərkəzlərini rahatsız etdiyi üçün bu üsulla Türkiyənin yolunu kəsməyə, onu durdurmağa çalışırlar: "Yanğınları bilərəkdən törədən bir neçə nəfərin görüntülərinin yayııması da belə deməyə əsas verir".

İctimai Birlik hesab edir ki, Türkiyə beynəlxalq terrorizmə, İŞİD, "Taliban", PKK-ya qarşı mübarizədə olduğu kimi, ekoloji terrora qarşı mübarizədə də meydanda tək buraxıldı: "Yalnız dost-qardaş ölkələr, Azərbaycan, Ukrayna və Pakistan Tekoloji terrorla mübarizədə Türkiyənin yanında yer aldı. Halbuki Türkiyə dünyanın istənilən nöqtəsində baş verən hər hansı üzücü olaya dərhal reaksiya verən, ora öz yardım əlini uzadan ölkədir. Təəssüflər olsun ki, qardaş ölkə son günlər üzləşdiyi sınaqda beynəlxalq səviyyədə bunun qarşılığını görmədi. Bu da bir daha onu deməyə əsas verir ki, dünyanın güc mərkəzləri Türkiyənin ayaqda durması, onun inkişafı, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi ilə barışa bilmirlər".

"Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyi hesab edir ki, qardaş ölkə bütün sınaqlardan olduğu kimi bu sınaqdan da uğurla çıxacaq və başladığı yola davam ecəcək: "Bu çətin günlərdə bizlər də əlimizdən gələn, gücümüz çatan qədər qardaşlarımızın yanında olmalıyıq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31