Sumqayıtda 20 yaşlı gənc itkin düşüb - FOTO
Sumqayıtda 2001-ci il təvəllüdlü Timur İsayev 12 gündür itkin düşüb.
30 İyul 2021 23:56 SosialSumqayıtda 2001-ci il təvəllüdlü Timur İsayev 12 gündür itkin düşüb.
Olaylar.az xəbər verir ki, bu barədə "Report"a onun anası məlumat verib.
Məlumata görə, gənc iyulun 18-də səhər saat 7 radələrində evdən çıxıb və bu günə kimi geri qayıtmayıb. O, sonuncu dəfə 13-cü mikrorayon ərazisində görünüb. T.İsayevi görənlərdən və ya onun barəsində məlumatı olanlardan 077 302 81 54 nömrəli əlaqə telefonuna zəng etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31