Yardımlının daha bir kəndinə təbii qaz verilib
Yardımlı rayonunun Şiləvəngə kəndinə təbii qaz verilib.
27 May 2021 14:09 SosialYardımlı rayonunun Şiləvəngə kəndinə təbii qaz verilib. "Olaylar" xəbər verir ki, 26 may 2021-cil tarixdə 69 abonentdən ibarət olan rayonun Şiləvəngə kəndinə təbii qazın verilməsi ilə bağlı tədbir keçirilib. Pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açaraq ələmətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzulayıb. Tədbirdə çıxış edən kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev əlamətdar hadisə münasibətilə kənd sakinlərinə təbriklərini çatdırıb. Sonda rəmzi məşəl alovlandırılıb.