COVİD-19 pasportu ilə bağlı yaradılan online sistem niyə çöküb?
Olaylar.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz qeyd edib ki, bundan öncə də digər bir neçə dövlət qurumunun informasiya sistemlərində oxşar hadisələr baş verib:
27 May 2021 12:37 SosialÖtən gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında Şəxsi Kabinetə daxil olmaqda problemlər yaşanıb. Asan Login sistemi vasitəsilə sistemə daxil olduqdan sonra COVİD-19 pasportunu əldə etmək mümkün olmayıb, sistem çöküb.
Olaylar.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz qeyd edib ki, bundan öncə də digər bir neçə dövlət qurumunun informasiya sistemlərində oxşar hadisələr baş verib:
"Düşünmək olar ki, adı çəkilən qurum da sistemi hazırlayarkən sistemin normal fəaliyyəti üçün zəruri resurslar düzgün hesablanmayıb, auditlə bağlı işlər görülməyib, zəruri testlər aparılmayıb.
Təəssüf ki, aidiyyatı qurumlar, "eGov" sahəsində kordinasiyaya cavabdeh olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və dövlət resursların təhlükəsizliyinə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti hələlik bu sahədə dayanıqlı və təhlükəsiz mühit formalaşdıra bilməyiblər".
O.Gündüz bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlaqədar qurumlarla birgə sistemi testdən keçirməli, zəruri resurslar ayrılmalı və istənilən şərait üçün dayanıqlı sistem formalaşdırılmalıdır. sfera