Sumqayıtda 91 yaşlı qadın intihar etdi

Sumqayıtda intihar hadisəsi baş verib.

Olaylar.az-ın məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

1930-cu il təvəllüdlü Nuriyeva Asiya İsa qızı yaşadığı mənzildə özünü asıb. İntiharın səbəbləri bilinmir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

(APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31