“Vətən Müharibəsi Qəhrəmanı” şəhid Amid Heydərovun doğum günü qeyd edilib
24 May 2021 14:11 SosialBu gün "Vətən Müharibəsi Qəhrəmanı" şəhid Amid Heydərovun doğum günüdür. Bu münasibətlə Lerik rayon Mədəniyyət Mərkəzində "Vətən Müharibəsi Qəhrəmanı" şəhid mayor Amid Heydərovun xatirəsi anılıb və ədəbi-bədii tədbir keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən millət vəkili İqbal Məmmədov qeyd edib ki, əvvəlcə Hərbi hissə komandiri Şəhid Mayor Amid Rəbbil oğlu Heydərovun abidəsi ziyarət edilin, xatirəsi ehtiramla yad edilib: "Görüş zamanı Azərbaycan ordusunun 44 günlük müharibədə şücaətindən, şəhid Amid Heydərovun keçdiyi döyüş yolundan söhbət açılıb.Bildirilib ki, Mayor, tankçı Heydərov Amid 2020-ci il 27 sentyabr tarixindən etibarən başlayan 2-ci Vətən muharibəsində Lələtəpə istiqamətindən girmiş və Cəbrayıl rayonunun 8 kəndinin alınmasında iştirak etmiş, böyük şücaətlər göstərərək düşmənin çoxlu sayda tankını və digər döyüş texnikalarını sıradan çıxarmışdır.Düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Cəbrayıl rayonu istiqamətində şəhidlik zirvəsinə ucalıb.Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra Amid Heydərova "Vətən Müharibəsi Qəhrəmanı", Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
2020-ci il ölkəmiz üçün qələbə ili kimi tarixə düşdü. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu.Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Şəhidin atası Rəbbil Heyderov, anası Şükufə Heydərova oğullarının hərbidəki xidmətlərindən və ömür yolundan danışıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər".