Bakıda ağır qəza - Yaralılar var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az-ın Trend-ə istinadən məlumatına görə, qəza Abşeron rayonu Masazır qəsəbəsi Masazır-Novxanı yolunda qeydə alınıb. İki "Lada" markalı, 15-BV-216 və 99-VK-812 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Avtomobilin deformasiyaya uğramış salonundan şəxsləri çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Avtomobildən çıxarılan sürücü və sərnişin aidiyyatı üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31