Deputata seçiciləri hansı qurumlardan şikayət edib?

Milli Məclisin deputatı K. Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinlərindən, eləcə də digər Azərbaycan vətəndaşlardan Deputat Qərargahına birbaşa, telefon və rəsmi sosial şəbəkələr üzərindən daxil olan müraciətlər əsnasında növbəti həftəlik vətəndaş qəbulunu keçirib. Millət vəkilinin Deputat Qərargahından "OLAYLAR"-a verilən məlumata əsasən, həftə ərzində 39 müraciət qeydə alınıb, onlardan 7 nəfəri canlı keçirilən qəbul zamanı dinlənilib.

Millət vəkili rəsmi sosial media hesablarında qəbul iştirakçılarını narahat edən başlıca məsələlərə də toxunub. K. Nurullayevanın sözlərinə görə, qəbul iştirakçılarını narahat edən problemlər pandemiya dönəmində məşğulluq, maddi yardımın edilməsi, binalarda abadlıq işlərinin aparılması, eləcə də, müxtəlif qurumlardan şikayətlər kimi dəyərləndirilib.

Millət vəkili Deputat Qərargahına mütəmadi olaraq şəhid ailələri və qazilər tərəfindən müraciətlərin daxil olduğunu da deyib. "Onların problemlərinə incəliklə yanaşaraq, qısa zamanda həllində vəsilə olmağa çalışırıq" qeyd edən K. Nurullayeva qəbul iştirakçılarını və digər müraciətçi vətəndaşları narahat edən məsələləri də nəzarətə alıb. Deputat vətəndaş müraciətlərinin tezliklə aidiyyatı üzrə müvafiq qurumlara ünvanlanacağını da bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31