Deputat: “Elə qurumlar da var ki, ya tükü tərpənmir, ya da...”

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi sorğularımıza operativ və əksər hallarda müsbət cavab verən dövlət qurumları arasındadır. Mən bunu yüksək qiymətləndirirəm". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Razi Nurullayevin sözlərinə göeə,  elə qurumlar da var ki, ya tükü tərpənmir, ya da şablon cavabları şöbə müdirinin müavininin köməkçisinın az qala sürücüsü adından imzalatdırıb göndərir: "Mən də onu ayaqlarımın yanında dayanan, stolun altında olan zibil vedrəsinə atıram. Amma, məsələ bununla bitmir. Bu günə qədər bütün haqlı müraciətlər müsbət həllini tapıb. Bir neçəsini paylaşıram. Müharibədə medal və ordenlər ala bilməyən məktub müəlliflərinin əksəriyyətinə müsbət cavab verilir və o döyüşçü əsgər və zabitlər təltif ediləcəklər. Ümumilikdə 30-dan çox əsgər və zabitin müraciəti müsbət həll edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31