Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
23 May 2021 17:03 SosialAzərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 717 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 332 454 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 320 708 nəfər müalicə olunaraq sağalıb, 4 860 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 886 nəfər təşkil edir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 211, bu günə qədər isə ümumilikdə 3 453 244 test icra olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31