“Açıq havada maska qadağası götürülsə də...” – Adil Qeybulla
20 May 2021 16:34 Sosial"Açıq havada maska taxmaq tələbi götürülsə də ara məsafəsinə riayyət etmək vacibdir".
Bu sözləri Sfera.az-a açıqlamasında TƏBİB-in Departament müdiri Yaqut Qarayevanın açıq havada maskadan istifadə tələbinin ləğvinə yönəlik qaydaların hazırlandığı barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən, tibb elmləri doktoru Adil Qeybulla deyib:
"Açıq havada maska taxmaq tələbi ləğv olunmalıdır. Çünki insanlar restoranda maskasız oturduqları halda, açıq havada maska taxmaq tələbinin qoyulması doğru deyil. Bilirsiniz ki, açıq havada maska taxmaq tələbi virusun ikinci və üçüncü dalğası dövründə, vəziyyət gərgin olanda təmasları məhdudlaşdırmağa yönəlik verilən qərar idi. İndiki halda isə epidemoloji vəziyyət müəyyən qədər stabilləşib. Ona görə hesab edirəm ki, açıq havada maska taxmaaq tələbi aradan qaldırılmalıdır".
Həkim bildirib ki, yumşaltmaya tədricən və ehtiyatla getməliyik: "Onu da unutmamalıyıq ki, gündəmdə Hindistan ştammı var. Onun özünü necə aparacağını bilmirik. Bütün bunları nəzərə alaraq, növbəti addımda açıq havada maska taxmaq tələbi ləğv olunmalıdır. Açıq havada maska taxmağın aradan qaldırılması üçün müəyyən ediləcək qaydalar ancaq məsafə gözləməkdən ibarət olmalıdır".
sfera