Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası dəqiqləşdirilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb."Olaylar" xəbər verir ki, layihəyə əsasən, xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir. Bu barədə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31