Deputat: “İnsan alverində birinci yeri cinsi istismar tutur”
23 Aprel 2021 13:19 Sosial"İnsan alveri böyük və genişmiqyaslı təhlükədir. Dünyada ən çox gəlir gətirən sahələrdən biri də bu təhlükəli cinayətdir. Bunu yalnız silah satışı ilə müqayisə etmək olar". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib. Deputat bildirib ki, insan alverindən gələn gəlir dünyada 150 milyard dolları ötüb: "Burada 1-ci yeri cinsi istismar tutur. Yalnız 6 %-i dilənçilik, məcburi nikahdı". Deputat qeyd edib ki, bu gün insan alveri ilə məşğul olan subyektlər sosial şəbəkələrin imkanlarından geninə-boluna istifadə edirlər: "Sosial şəbəkədə bu təhlükəli cinayət növü ilə mübarizəyə xüsusi diqqət yetirilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31