Lənkəranda fəaliyyət göstərən marketdə istehlak üçün yararsız qida məhsulları aşkar edilib
23 Aprel 2021 12:26 SosialAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonu, Şürük kəndində yerləşən, Vahabov Səlim Fazil oğluna məxsus "Şürük" marketdə yoxlama keçirib.
AQTA-dan Olaylar.az-a verilən məlumata görə, yoxlama zamanı marketdə istifadə müddəti bitmiş kolbasa, yumurta, duz məhsulu aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31