“Elə kənd var ki, onun sadəcə bir şəhidi var”
23 Aprel 2021 12:09 SosialDeputat: "Ancaq həmin şəhidin adı nə məktəbə, nə də küçələrə verilə bilir"
"Qanunvericilikdə şəhid adının əbədiləşdirilməsi ilə bağlı tələblərə yenidən baxılmalıdır". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib. Deputat bildirib ki, şəhid ailələrini ən çox narahat edən məsələ övladının adının əbədiləşdirilməsi ilə bağlıdır: "Elə kənd var ki, onun sadəcə bir şəhidi var. Ancaq həmin şəhidin adı nə məktəbə, nə də küçələrə verilə bilir. Çünki qanunvericilikdə qoyulan tələblərlə bunu etmək olmur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31