Diqqət: Kart məlumatlarınızı bu cür ələ keçirirlər!

Dələduzların alış-veriş səhifələrindən vətəndaşların əlaqə vasitələrini ələ keçirərək onları aldadan və kart məlumatlarını ələ keçirmək üçün istifadə etdikləri növbəti səhifə ifşa olunub.

Bu barədə  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Məlumata görə, dələduzlar BU tipli veb sayt yaradaraq vətəndaşları aldatmağa çalışır:

"Vətəndaşlara dələduz "alıcıların" əsasən xarici whatsapp nömrələri ilə göndərdiyi belə səhifələrə girməmələri tövsiyə olunur!" - açıqlamada qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31