APEC sammitinin üç əsas nəticəsi açıqlanıb- ÖZƏL
10:35 SiyasətNoyabrın 19-da Çinin Şençjen şəhərində başa çatan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti üç mühüm nəticə ilə yadda qalıb. Bunlardan ən əhəmiyyətlisi Çin, Rusiya və ABŞ liderlərinin qlobal məsələləri müzakirə etmək məqsədilə üçtərəfli görüş keçirməsi olub. Olaylar.az xəbər verir ki, bu barədə Honkonq Çin Universitetinin Hökumət və Siyasi Elmlər Məktəbinin professoru Vinq Lok Hunq bildirib.
Professorun sözlərinə görə, sammitin ikinci mühüm nəticəsi Çin və Rusiyanın azad ticarətə sadiqliyini bir daha təsdiqləməsi olub. Tərəflər iqtisadi artımı stimullaşdırmaq məqsədilə tariflər və sanksiyalar kimi ticarət maneələrinin azaldılması istiqamətində razılığa gəliblər.
Sammitin üçüncü nəticəsi isə Çin tərəfindən APEC çərçivəsində birgə fəaliyyətin dəstəklənməsi üçün 20 milyon dollar vəsait ayrılması olub. Bu vəsait xüsusilə regionda yaşıl enerji və yeni texnologiyalar sahəsində layihələrin inkişafına yönəldiləcək.
Vinq Lok Hunq hesab edir ki, sözügedən istiqamətlər üzrə qarşıdakı illərdə yeni əməkdaşlıq imkanları yaranacaq.