Əhalinin 9 faizi peyvənd olunub
19 Aprel 2021 10:45 SosialAzərbaycanda ümumi əhalinin 9 faizi COVID-19-a qarşı peyvənd olunub. "Olaylar" koronavirusinfo.az saytına istinadən xəbər verir ki, vaksinasiyadan keçməyən əhali 91 faiz təşkil edir. Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1337361 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 889216 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448145 nəfərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31