İcbari tibbi sığorta sistemindən kimlər, nə zaman və necə istifadə edə bilər?

Hazırda ölkə vətəndaşlarının düşünderən əsas məsələlərdən biri icbari tibbi sığorta sistemindən kimlər, nə zaman və necə istifadə edə biləcəkləri ilə bağlıdır. "Olaylar"ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, icbari tibbi sığorta sisteminə cəlb edilən Sumqayıt Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli düşünür ki, sığorta sisteminin tətbiqi xəstəxanalara müraciətlərin sayının artmasına səbəb olub. Onun sözlərinə görə, xəstəxanaya ailə həkimi tərəfindən göndəriş almadan, birbaşa gələn xəstələrin sayı hələ də çoxdur: "Hər bir valideynin övladlarını davamlı şəkildə müayinə etdirdiyi həkimləri var, valideyn məhz həmin həkimlərlə müəyyən əlaqələr qurur. Bu baxımdan ambulator müraciətlərin hələ birbaşa şəkildə olması təbiidir. Bundan başqa, Sumqayıt Şəhər Uşaq Xəstəxanası təcili tibbi yardım xidməti də göstərdiyinə görə təcili yardım xidməti ilə əlaqədar travmatoloji və cərrahi xəstələr tərəfindən birbaşa müraciətlər olunur. Təcili yardım sistemində fəaliyyət göstərən, xidmətləri digər xəstəxanalarda göstərilməyən tibb müəssisələrində belə hallar hələ bir xeyli müşahidə ediləcək. Bu, dünya təcrübəsində də belədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31