Kommunistlər Nəriman Nərimanovun doğum gününü qeyd ediblər

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi peşəkar inqilabçı, yazıçı - publisist, dövlət xadimi, Azərbaycan xalqının görkəmli oğlu Nəriman Nərimanovun ad   gününün   151-ci   ildönümü   münasibəti   ilə 14 aprel 2021-ci il tarixində video-konfrans keçirmişdir. Olaylar xəbər verir ki, Konfransı KPİ- Sov.İKP Mərkəzi Şurasınız üzvü, AKP MK sədri Rauf Qurbanov açıq elan edərək tədbir iştirakçılarına öz səmimi salamlarını çatdırmış və konfransın işinə uğurlar arzulamışdır. Tədbirdə AKP MK-nın Müğan zonası üzrə səlahiyyətli nümayəndəsi, AKP Sabirabad RK-nin birinci katibi Nazim Ağayev "Azərbaycan dövlət quruculuğunda Nəriman Nərimanovun rolu" mövzusunda geniş məruzə etmişdir.
Məruzə ətrafında KPİ-Sov.İKP MNTK üzvü, AKP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Ələddin Bağırov, AKP Mingəcevir ŞK -nin birinci katibi Günəş Şəfəqətov, Azərbaycan LKGİ MK-nın birinci katibi Orxan Muxtarov, AKP Sumqayıt ŞK-nin birinci katibi Sabir Hüseyinov, AKP Lənkəran RK-nın birinci katibi Namiq Bağırov, AKP Nizami RK-nin birinci katibi N. Abbasov çıxış etmişlər. Konfransın işində ziyalılar və ictimaiyyətin nümayəndələri də iştirak etmişdir.
Tədbirn sonunda Azərbaycan kommunistlərinin lideri Rauf Qurbanov yekun nitqi ilə çıxış etmiş və bununlada N.Nərimanovun 151-ci ildönümünü həsr olunmuş video- konfrans öz işini yekunlaşdırmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31