Ədəbiyyat İnstitutunun jurnalları “İdealonline” beynəlxalq indeksləşmə bazasına daxil edilib
9 Aprel 2021 10:19 SosialAzərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu jurnallarının beynəlxalq elmi tələblərə uyğunlaşdırılması, müxtəlif indeksləmə bazalarına daxil edilməsi istiqamətində ardıcıl işlər həyata keçirir. Bu istiqmətdə əldə olunan növbəti uğur İnstitut jurnallarının elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan "idealonline" sisteminə daxil edilməsidir. "İdealonline" Türkiyədə fəaliyyət göstərən və 920 jurnalın, 124375 məqalənin, 1559 kitabın daxil olduğu bazadır. Həmin bazaya AMEA Humanitar və İctimai Elmlər bölməsinin "Filologiya və sənətşünaslıq" və İnstitutun "Müqayisəli ədəbiyyatşünaslıq", "Poetika.izm", "Azərbaycan ədəbiyyatşünaslığı" jurnalları daxil edilib.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi