Səhiyyə Nazirliyi bu aptekləri cərimələdi - SİYAHI
8 Aprel 2021 16:45 Sosial"Zeytun Pharmaceuticals", "Buta Farm" və "Vita Aptekləri" MMC-yə cərimə yazılıb.
Olaylar.az xəbər verir ki, Səhiyyə Nazirliyi hər üç aptekə İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərib edib.
Protokollara Xəzər Rayon Məhkəməsində baxılacaq.
Bu inzibati xətaya görə, vəzifəli şəxslərə 500 manatdan 700 manatadək, hüquqi şəxslərə isə 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.
(report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31