"Həcc ziyarəti İslamın 5 şərtindən biri deyil" - Elşad Miridən ETİRAZ
8 Aprel 2021 15:10 SosialXəbər verdiyimiz kimi ötən ilki qaydaya uyğun olaraq bu il də ölkəmizdən Həcc ziyarəti baş tutmayacaq.
Belə ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana məktub daxil olmayıb.
Məsələ ətrafında Sfera.az-a danışan ilahiyyatçı-alim Elşad Miri Həcc ziyarəti amilini ilkin şərtlərdən hesab etmədiyini bildirib:
"Ümumilikdə onu qeyd edim ki, "İslamın beş şərti var və Həccə getmək o şərtlərin içərisindədir" fikri doğru deyil. Çünki sözügedən şərtlərə baxsaq görəcəyik ki, qaydalar insanları passiv olmağa yönəldir. Yəni burada ədalətli olmaq, insanlara qarşı dürüst olmaq kimi müsbət anlayışlar yoxdur. Sanki deyilir ki, başını aşağı sal, namaz qıl, zəkat ver və bununla da pasportuna cənnətlik vizası vurulacaq. Bu yanaşma doğru deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31