Teleaparıcı nazirlikdə şöbə müdiri təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı olub.

Olaylar.az modern.az-a istinadən xəbər verir ki, bu barədə nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov əmr imzalayıb.

Əmrə əsasən, Tural Qurbanov Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, T.Qurbanov bundan əvvəl Azərbaycan Televiziyasında (AzTV) çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31