Avtomobil yolu keçən piyadanı vurub öldürüb
7 Aprel 2021 15:09 SosialXətai rayonu ərazisində "Porsche" markalı avtomobillə yolu keçən paytaxt sakini vurulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 6-da saat 17 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini T.Hüseynli idarə etdiyi "Porsche" markalı avtomobillə yolu keçən paytaxt sakini E.Qarayevi vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31