Hövsanda avtomobil aşıb-sürücü hadisə yerində ölüb
7 Aprel 2021 15:05 SosialSuraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində "Daewoo" markalı avtomobil aşıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 7-də saat 1 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Əliyev idarə etdiyi "Daewoo" markalı avtomobili aşırmışdır. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31