Gün ərzində törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılıb
7 Aprel 2021 15:06 SosialRespublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 38 cinayətin üstü "isti izlər"lə açılmışdır. DİN-dən "Olaylar"a bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunmuşdur. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüşdür.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31