Yasamalda narkotik satan şəxs yaxalanıb

Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Vüsal Səmədov saxlanılıb. Onun üzərinə və avtomobilinə baxış zamanı 26 büküm narkotik vasitə heroin və metamfetamin aşkar olunub. Araşdırma zamanı Vüsal Səmədova narkotik vasitələri satan vətəndaş Emin Niftalıyev də tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərindən 10 qram heroin, 14 qram metamfetamin, Səbail rayonunda yaşadığı evdən isə  əlavə olaraq 1 kiloqram 566 qram heroin, 506 qram metamfetamin, 33 qram tiryək və 60 ədəd psixotrop maddə metadon həbi aşkar olunaraq götürülüb. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hal-hazırda istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31