Hərarəti olanlar yenə buraxılış və qəbul imtahanlarına buraxılmayacaq? - Ekspertdən TƏKLİF

"Ötən il buraxılış və qəbul imtahanlarında hərarəti 37° olan onlarla şagird və abituriyent müsabiqədən kənarda qaldı".

Olaylar.az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi deyib. Ekspert bildirib ki, həmin şəxslər 1 il itiriblər:

"Bu il bu problemin həlli üçün Dövlət İmtahan Mərkəzinə təklif edirəm ki, hərarəti olan şagird və abituriyentlər kənarda qalmasın. Onlar üçün xüsusi otaq və nəzarətçi ayrılsın və imtahanlarda iştirakları təmin edilsin".

E.Əfəndi həmçinin bunun elə də çətin məsələ olmadığını bildirib: "Taleyüklü bir məsələyə biganə qalmayaq!". sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31