Bakıda tanışlar arasında borc üstündə dava – Təfərrüat

Bakının Xəzər rayonunda quldurluq hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, aprelin 5-də Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edən Binə qəsəbə sakini K.Abdullayev həmin gün saat 23 radələrində qəsəbə ərazisində 80 manat borclu olduğu iki nəfərin onu döydüklərini, cibindən içərisində 80 manat pul və şəxsiyyət vəsiqəsi olan pulqabısını götürdüklərini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əhmədov və N.Rəsulov müəyyən edilərək saxlanılıb. teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31