MTRŞ Qarabağda regional radio açacaq şirkətin adını açıqlayıb

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

Qurumdan "Olaylar.az"a verilən məlumata görə, iclasda Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə elan olunan müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib:

"Real Təhlil İnformasiya Mərkəzi" MMC;

"Caspian İnternational Broadcasting Company" MMC;

"Balans Studiyası" MMC;

"İNS ÇM" MMC;

"İsti Press" MMC;

"Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası;

"ARB 24" MMC.

Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("CBC FM" radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31