Siyavuş Novruzov Nəcməddin Sadıkov haqqında: Harada görmüsən onun xainliyini?
7 Aprel 2021 14:10 Sosial"Nəcməddin Sadıkov baş leytenant olan vaxtdan Qarabağdakı döyüşlərdə iştirak edib".
Bu sözləri deputat Siyavuş Novruzov Musavat TV-nin canlı yayımında deyib.
S.Novruzov məhkəmə qərarı olmadan Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıkovla bağlı ittihamlar barədə heç bir söz deyə bilməyəcəyini qeyd edib:
"Onun haqqında məhkəmə hökmü olmasa, heç birimiz söz deyə bilmərik ki, rüşvətxordur, korrupsionerdir, agentdir, xaindir və s. Axı mən hardan bilim? Mən deyə bilmərəm. 3 adam çağırın, gəlsinlər cavab versinlər ki, harada görmüsən onun xainliyini? Cavab verə bilməyəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31