Avtomobil vuran piyada hadisə yerində ölüb
7 Aprel 2021 13:42 SosialPaytaxt Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Səbail rayonu ərazisində Astara rayon sakini C.Hüseynzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Ə.Bağırovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31