Şəmkirdə ağır qəza - ÖLƏN VAR
6 Aprel 2021 16:32 SosialAprelin 5-də saat 12 radələrində Şəmkir rayonunda ağır yol qəzası baş verib.
Olaylar.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Əliyaqublu kəndi ərazisində Yeni Həyat kənd sakini E.Salahov idarə etdiyi "VAZ-21154" markalı avtomobillə yolu keçən Göygöl rayon sakini C.Məmmədovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31