TAM - ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bilman İshaq bildirib ki, sənədli filmin növbəti çəkilişləri Tovuzun Əlibəyli kəndində davam etdirilir.
Sənədli filmin bu dəfə ki qəhramanı, Elnarə Şahmalıyevadır. 2011 -ci ildə Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanmışdır.


