AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA

"COVID-19-un şiddətli dövründə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 16 nəfərdə virus aşkarlanıb. Onların hamısı sağalıb. Hazırda AMEA-da koronavirus xəstəsi kimi qeydə alınan əməkdaşımız yoxdur".

Olaylar.az xəbər verir ki, bu fikirləri   AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib.

Vitse-prezident yaşı 65-dən yuxarı işçilərin fəaliyyətinə də toxunub:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına əməl etmək borcumuzdur. Yaşı 65-dən yuxarı olan əməkdaşlarımız tədqiqat işlərini evdə davam etdirir və akademiya ilə onlayn əlaqə saxlayırlar".

İsa Həbibbəyli özünün işə çıxmasına da aydınlıq gətirib:

"Vəzifə təyindatında olan AMEA-nın rəhbər heyəti pandemiya dövrünün şərtlərinə əməl etməklə işə çıxır. Məsafə gözləməklə, tibbi maska taxmaqla qaydalara əməl edir və işimizi davam etdiririk".(Big.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31