“Şəki bazar” fəaliyyətini Bərpa Etdi

Şəkidə koronavirusa kütləvi yoluxma aşkarlanan “Bazar”ın fəaliyyəti bərpa olunub.

Şəkidə koronavirusa kütləvi yoluxma aşkarlanan "Bazar"ın fəaliyyəti bərpa olunub. "Olaylar" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, "Bazar"da sanitar-gigiyenik qaydalara riayət edilməsinə nəzarət gücləndirilib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, aparılan testlər nəticəsində 12 nəfərin virusa yoluxduğu aşkarlanan "Şəki Bazar" ASC-nin fəaliyyəti 3 gün müddətinə dayandırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31