Bill Qeyts koronavirus pandemiyasının bitəcəyi tarixi açıqladı
20 Sentyabr 2020 21:56 SosialCOVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq.
Bu fikri "Microsoft" korporasiyasının banisi Bill Qeyts "Fox News" telekanalına müsahibəsində səsləndirib.
Bill Qeytsə ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütovlükdə nə vaxt normallaşa biləcəyi barədə sual verilib. "Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək", - o suala cavabında bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31