Azərbaycanda bu orta məktəbin fəaliyyəti dayandı - SƏBƏBİ AÇIQLANDI

Gəncə şəhərində 46 saylı orta məktəb bağlanıb.

Gəncə şəhərində 46 saylı orta məktəb bağlanıb.

Olaylar.az xəbər verir ki, bu barədə   Gəncə şəhər Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, məktəbin fəaliyyəti Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə dayandırılıb.

Belə ki, ərazidə yeni sosial evlərin, o cümlədən 28 saylı orta məktəb üçün 1170 yerlik yeni bina tikildiyindən fəaliyyəti dayanan 46 saylı orta məktəbin 154 şagirdi və bir qisim müəllim kontingenti bu məktəbə köçürülüb.

Pedaqoq heyətinin digər üzvləri Gəncənin başqa orta məktəblərində işlə təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31