Üzeyir Hacıbəyli Telefestivalı Keçiriləcək
Dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu münasibətlə hər il silsilə tədbirlər keçirilir.
19 Sentyabr 2020 12:21 SosialDahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu münasibətlə hər il silsilə tədbirlər keçirilir.
Olaylar.az bildirir ki, 2009-cu ildən etibarən hər il Mədəniyyət Nazirliyi tərəfindən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Bu il, məlum olduğu kimi, bütün dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar ökəmizdə karantin rejimi tətbiq olunur. Karantin rejiminin yaratdığı mövcud vəziyyəti nəzərə alaraq, Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə bu il Telefestival keçiriləcək. Festival Mədəniyyət Nazirliyi və AzTv-nin "Mədəniyyət" kanalının birgə layihəsidir.
Festival sentyabrın 19-dan - 30-dək keçiriləcək və "Mədəniyyət" kanalında yayımlanacaq.