Balaxanıdan sonra Bibiheybət də trend oldu - FOTO
Balaxanıdan sonra Səbail rayonunun inzibati ərazisində olan Bibiheybət qəsəbəsində də abadlıq işləri görülür.
18 Sentyabr 2020 16:12 SosialBalaxanıdan sonra Səbail rayonunun inzibati ərazisində olan Bibiheybət qəsəbəsində də abadlıq işləri görülür.
Olaylar.az xəbər verir ki,qədim tarixi olan Bibiheybətdə görülən yenidənqurma işləri maraqla qarşılanıb və vizual görünüşündə edilmiş dəyişikliklər sözün əsl mənasında göz oxşayır.
Tarixi qəsəbəyə rəng qatmaq üçün qapı pəncərələr al-əlvan rənglərə boyanır, dalanlara qəmbər daşlar döşənir, tarixi əsrlik yaşı olan binaların fasadları yenilənir.
Küçə uzunu binaların divarlarına fərqli freska və qrafiti nümunələri çəkilib. Xüsusi arxitektur görünüş qazanmış dalanlar rəngarəng dibçək gülləri ilə bəzədilib.
unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31


















