Musiqili Teatr mövsümü “Ər və arvad”la açıq elan edəcək
18 Sentyabr 2020 13:29 SosialSentyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 111-ci mövsümünü onlayn açıq elan edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, həmin gün Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə dahi bəstəkarın ölməz əsərlərindən olan "Ər və arvad" musiqili komediyası saat 19:00-da sosial şəbəkə izləyicilərinin ixtiyarına veriləcək.
Sentyabrın 19-da "O olmasın, bu olsun", 20-də "Arşın mal alan" səhnə əsərləri də eyni saatda onlayn nümayiş olunacaq.
Xatırladaq ki, müvəqqəti də olsa, hələ ki, bu üsulla teatrın layihələri davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31