Yevlaxda pambıq yığımına Start Verildi

Ürəyimə dammışdı. Son vaxtlar elə hey fikirləşirdim ki, Yevlaxım təzə libas geyinməli, təravətlənməlidir. Elə belə də oldu.Və buna biz ölkə başçısı, hər birimizin dəyər verdiyimiz, böyük məhəbbətlə sevdiyimiz, həmişə yanında olduğumuz cənab İlham Əliyevin 31 oktyabr 2019-cu il tarixli sərəncamı ilə nail olduq. Diqqətli oxucu ilk nübar məhsuldan, pambıq yığımına start verilməsindən bəhs etdiyim bu kiçik yazıda çox təmtəraqlı fikirlərimi yersiz də saya bilər.

TORPAĞIN "AĞ QIZIL" BƏHRƏSİ

Ürəyimə dammışdı. Son vaxtlar elə hey fikirləşirdim ki, Yevlaxım təzə libas geyinməli, təravətlənməlidir. Elə belə də oldu.Və buna biz ölkə başçısı, hər birimizin dəyər verdiyimiz, böyük məhəbbətlə sevdiyimiz, həmişə yanında olduğumuz cənab İlham Əliyevin 31 oktyabr 2019-cu il tarixli sərəncamı ilə nail olduq. Diqqətli oxucu ilk nübar məhsuldan, pambıq yığımına start verilməsindən bəhs etdiyim bu kiçik yazıda çox təmtəraqlı fikirlərimi yersiz də saya bilər. Ancaq yox. İnsan arzu etdiklərinin həyata keçdiyini görəndə, yaşayıb yaratdığı şəhərin pərvazlandığını duyanda, hər bir vətəndaşa göstərilən qayğının şahidi olanda, ölkə başçısının əhalinin sosial-rifah halının yaxşılaşdırılması tələblərinin operativ yerinə yetirilməsini seyr edəndə, haqq ədalət bərpa olanda istər-istəməz ruhlanır, ürəyindəkiləri bölüşməyə ehtiyac duyur. 

Budur, Səmədəbad kəndində fermer Həsən Əhmədovun pambıqçılıq sahəsindəyik. Bax, elə indicə, "MKT-İK" MMC-nin Yevlax filialının baş aqronomu Zirəddin Həsənovun işarəsi ilə sürücü-mexanizator Famil Həsənovun idarə etdiyi yüksək məhsuldarlıqlı "Jonder" markalı pambıqyığan maşın işə düşəcək, bunker bəyazlığı göz oxşayan pambıqla dolacaqdır. Və ilk  bunkerin dolması üçün sürücü-mexanizatora cəmi 11 dəqiqə 17 saniyə lazım oldu. Artıq pambıq daşıyıcı lafetin içinə tökülür.

Pambıq yığılmını seyr edə-edə Həsən Əhmədova yaxınlaşdım. Keçən il hər hektardan 40 sentner məhsul götürdüyünü deyən fermer, bu il bu rəqəmin 45 sentner olacağında israrlıdır. Elə sahədəki bol məhsul da onun sözlərini sanki təsdiq etməyə hazırdır. 

Həmişə demişik ki, ötən günə gün çatmaz calasan günü günə. Mən isə deyirəm: Bu gün zəhmətlə yoğrulan ötən günlərin mininə dəyər. Çünki yevlaxlılar yenə də qururlar, yaradırlar. Özü də dayanmadan, həvəslə. Hələ çox ilklərimizin xəbərini verəcəyik.

Əminə YUSİFQIZI,

Yevlaxda çıxan "Kür" qəzetinin baş redaktoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31