Sumqayıt şəhər Təhsil şöbəsində yeni təyinat olub
Təhsil naziri Emin Əmrullayevin əmri ilə Sumqayıt şəhər Təhsil şöbəsinin məsləhətçisi Ramin Abbasov müdir müavini vəzifəsinə təyin edilib. R. Abbasov indiyədək bu vəzifəni müvəqqəti icra edirdi.
18 Sentyabr 2020 14:39 SosialOlaylar.az-ın verdiyi xəbərə görə, Təhsil naziri Emin Əmrullayevin əmri ilə Sumqayıt şəhər Təhsil şöbəsinin məsləhətçisi Ramin Abbasov müdir müavini vəzifəsinə təyin edilib. R. Abbasov indiyədək bu vəzifəni müvəqqəti icra edirdi.
Qeyd edək ki, müdir müavini vəzifəsini 2015-ci ilin noyabr ayından 2017-ci ilin yanvar ayına qədər Firidun Həmzəyev tuturdu.
F.Həmzəyev işdən azad olunduqdan sonra sözügedən vəzifəyə təyinat olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31