Deputat məcburi köçkünlərlə videoqəbul keçirib
“Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədov Gəncədə yaşayan Cəbrayıldan olan məcburi köçkünlərlə videoqəbul keçirib”.
18 Sentyabr 2020 12:18 Sosial"Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədov Gəncədə yaşayan Cəbrayıldan olan məcburi köçkünlərlə videoqəbul keçirib". "Olaylar" xəbər verir ki, Cəbrayıl rayonunun Gəncədəki səlahiyyətli nümayəndəsi Qüdrət Məmmədov qısa məlumat verərək, Gəncədə Cəbrayıldan 32 ailənin məskunlaşdığını bildirib. Daha sonra vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən ev, iş və digər sosial məsələlərlə əlaqədar olub. Ceyhun Məmmədov hər bir müraciətin həlli üçün aidiyyəti qurumlara yönləndiriləcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31