Paşinyan rejimi başını İtirib
Mayis Səfərli: “Koronavirusun nəzarətdən çıxması isə, işğalçı ölkədə əsl fəlakətli hal yaradıb”
18 Sentyabr 2020 10:59 SosialMayis Səfərli: "Koronavirusun nəzarətdən çıxması isə, işğalçı ölkədə əsl fəlakətli hal yaradıb"
"Pandemiyaya, karantin rejiminə baxmayaraq Yerevanın küçələrindən insan kütləsi əksik olmur. Onlar Paşinyan hökumətinə etiraz edənlərdir. Yalan vədlərlə seçiciləri aldadıb, Corc Sorosun pulları hesabına hakimiyyətə yiyələnən Nikol Paşinyan kritik vəziyyətdədir. Ermənistan isə bataqlığın içərisindədir, ölkənin borcu xirtdəyəcəndir, onu qaytarmağa heç bir güman yoxdur". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, beynəlxalq maliyyə institutları bu ölkənin aşağı reytinqinə görə kredit vermirlər: "Ermənistanın faktiki sahibi-Rusiya da pul vermir, yalnız silah verir. Çünki Moskvanın özü də acınacaqlı durumdadıt. Korrupsiya və ABŞ-ın, Qərb dövlətlərinin sanksiyaları az qala Rusiyanın axırına çıxır. Xaricdəki diaspor da Ermənistana yardımlarını azaldıb. Koronavirus bir çox erməni milyarderlərini müflisləşdirib. Bir sözlə, Paşinyan rejimi başını itirib. Koronavirusun nəzarətdən çıxması isə, işğalçı ölkədə əsl fəlakətli hal yaradıb. Bir neçə ay bundan əvvəl, iyulun 12-də Tovuz istiqamətində hərbi təxribata əl atmaqla, Paşinyan xalqının diqqətini əsas problemlərdən yayındırmaq, eyni zamanda, Rusiyanı da hərbi konfliktə qatmaq və Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Lakin, alınmadı. Eyni vaxtda iki dovşanın dalınca qaçan Nikol heç birini tuta bilmədi. Azərbaycan Ordusunun vurduğu ağır zərbələr Ermənistanda böhranı daha da dərinləşdirdi. Paşinyanın istefasını tələb edən siyasi qüvvələr getdikcə sıralarını genişləndirir. Bu günlərdə, "Milli gündəm" partiyası da rejimi hakimiyyətdən qovmaq üçün kütləvi etiraz aksiyalarına start verib. Təşkilatın lideri Ara Akopyanın bəyan etdiyi kimi, onlar təkcə baş nazirin deyil, hökumətin bütün üzvlərinin, əsas aparıcı kadrların hamısının istefasına nail olmaq istəyirlər. Etirazçıları dəstəkləyən ictimaiyyət nümayəndələri də regionlardan paytaxta axışırlar. Artıq Sorosun sponsorluq etdiyi hökuməti istefaya göndərmək, vəziyyəti dəyişmək üçün "Yol xəritəsi" də hazırdır. Paşinyanı qovduqdan sonra, Milli barış hökumətinin qurulması və yeni parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Doğrusu, Ermənistanın böhranlı vəziyyəti, oradakı siyasi qarşıdurmalara diqqət yetirməzdim. Qoy lap Ermənistan dağılsın. Ermənilər bir-birini qırsınlar, lap acından ölsünlər. Onlar hər cür pisliklərə, acılara, kədərlərə layiqdirlər. Elə özlərinə də layiq olduqları hökumətləri seçirlər. Bizi diqqətli olmağa vadar edən düşmən dövlətdəki siyasi vəziyyətin Azərbaycana qarşı yeni hərbi addımlara gətirməsi ehtimalıdır. Heç kim narahat olmasın. Təcavüzkarın ölkəmizə qarşı hər hansı yeni hərbi təxribatı onun bir dövlət kimi tarixin səhnəsindən silinməsi ilə nəticələnə bilər. Azərbaycan əsgərinin barmağı tətikdədir. Azərbaycan gəncləri zəncir çeynəyirlər, əmr gözləyirlər!"