TÜRKPA-da  Səhiyyə Məsələləri üzrə parlament komitələri rəhbərlərinin iclası keçirilib

Sentyabrın 17-də Türkdilli Ölkələrin Parlament Assambleyasına  (TURKPA) üzv olan parlamentlərin Səhiyyə məsələləri üzrə komitə rəhbərlərinin videokonfrans formatında onlayn görüşü keçirilib. Toplantı “COVİD-19 pandemiyası: təsirləri və gələcəyə baxış” mövzusuna həsr  edilib. 

Sentyabrın 17-də Türkdilli Ölkələrin Parlament Assambleyasına  (TURKPA) üzv olan parlamentlərin Səhiyyə məsələləri üzrə komitə rəhbərlərinin videokonfrans formatında onlayn görüşü keçirilib. Toplantı "COVİD-19 pandemiyası: təsirləri və gələcəyə baxış" mövzusuna həsr  edilib. 

Tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan parlamentlərinin Səhiyyə məsələləri üzrə komitələrinin sədrləri,  millət  vəkilləri və TÜRKPA Katibliyinin nümayəndələri qatılıblar. İclasa moderatorluğu Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komitəsinin sədri  Recep Akdağ edib. 

Görüşün açılış hissəsində parlament komitələrinin sədrləri, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov və Qırğızıstan Səhiyyə nazirinin müavini  Nurbolot Usenbayev çıxış ediblər. Sonra komitə üzvləri  mövzu ilə bağlı  fikirlərini bildiriblər. 

İclasda Milli Məclisin Səhiyyə komitəsinin, TÜRKPA-nın Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlər və əldə edilən nailiyyətlərdən söhbət  açıb.  

Onlayn görüşdə iştirakçılar  qlobal COVID-19 pandemiyasının ölkələrin iqtisadiyyatına, xüsusən də səhiyyə sektoruna təsirlərindən  danışıb, ölkələrində həyata keçirilmiş mübarizə tədbirləri barədə məlumat veriblər. 

Sonra tədbirdə virusla mübarizə istiqamətində gələcək əməkdaşlığın perspektivləri, uğurlu metod və mexanizmlərə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31